Rusiya martın 1-dən 6 ay müddətinə benzin ixracını dayandırır.
NOCOMMENT.az “CNN”ə istinadən xəbər verir ki, məlumata görə, Kreml qərarı zavodlarda aparılacaq təmir işləri ilə əlaqələndirib.
Bir sıra qəzalardan sonra neft emalı zavodlarının əsaslı təmirə ehtiyacı olduğu bildirilib. Həcminə görə Rusiyanın 4-cü ən böyük neft emalı zavodu olan “Nijni Novqorod”da 1 ay ərzində 2 dəfə yanğın baş verib.
Qərar açıqlandıqdan sonra Ukrayna sərhədinə yaxın 2 müəssisəyə PUA ilə zərbə endirilib.