Ötən gecə Rusiya regionları üzərində növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 15 pilotsuz uçuş aparatını məhv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Departamentin məlumatına görə, Qara dəniz üzərində 13 PUA, Kursk və Belqorod vilayətləri ərazilərində isə bir PUA məhv edilib.
Bundan əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirmişdi ki, dekabrın 14-də bölgə Ukrayna Silahlı Qüvvələrinə məxsus 37 pilotsuz uçan aparat tərəfindən hücuma məruz qalıb.