Rusiya bir gündə 21 Ukrayna pilotsuz təyyarəsini vurubbackend

Rusiya bir gündə 21 Ukrayna pilotsuz təyyarəsini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hava hücumundan müdafiə sistemləri 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyat zonasında “Olxa” və “Vampir” reaktiv yaylım atəş sistemlərinin 11 raketini məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

Bundan başqa, Rusiya hərbçiləri Luqansk Xalq Respublikasının Zolotarevka, Beloqorivka, Donetsk Xalq Respublikasının Novonikolaevka, Qorlovka və Peski rayonlarında Ukraynaya məxsus 21 pilotsuz təyyarəni vurub.

Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin ümumilikdə 567 təyyarəsi, 265 helikopteri, 10 779 pilotsuz uçan aparatı və digər silahları məhv edilib.