Rusiya bir məsələdə ABŞ-a kömək təklif etdibackend

Rusiya bir məsələdə ABŞ-a kömək təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İranın nüvə proqramı üzrə konstruktiv dialoqun qurulmasında ABŞ və İrana yardım təklif etməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bunu “International Affairs” jurnalına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Hələ vaxt olmasına və “qatar stansiyanı tərk etmədiyinə” baxmayaraq, ağlabatan əsasda razılığa gəlmək üçün səylərimizi ikiqat artırmalıyıq. Rusiya burada VaşinqtonaTehrana və bununla maraqlanan hər kəsə öz yaxşı xidmətlərini təklif etməyə hazırdır”, – diplomat bildirib.

Onun sözlərinə görə, Amerikanın İranın nüvə infrastrukturuna zərbə endirməsinin nəticələri bütün Yaxın Şərq regionu üçün fəlakətli ola bilər.

Daha əvvəl Ryabkov bəyan etmişdi ki, ABŞ NATO-dan çıxmayacaq. O qeyd edib ki, onların ritorikası müdafiəyə daha çox töhfə vermək üçün müttəfiqlərə yönəlib.