Rusiya bir saat ərzində Ukraynanın 12 PUA-sını məhv edibbackend

Rusiya bir saat ərzində Ukraynanın 12 PUA-sını məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir saat ərzində Bryansk vilayəti üzərində səmada 12 pilotsuz təyyarə vurulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Boqomaz məlumat verib.

“Bir saat ərzində Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri on iki təyyarə tipli pilotsuz uçuş aparatını aşkar edərək məhv edib”, o yazıb.

Rayon rəhbərinin sözlərinə görə, rayona hücum nəticəsində xəsarət alan olmayıb, operativ və fövqəladə hallar xidməti yerlərdə işləyir.