Rusiya iqtisadiyyatı Avropa İttifaqı və Böyük Britaniyadan daha sürətlə inkişaf edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev sosial şəbəkədəki şəxsi hesabında məlumat verib.
Onun təqdim etdiyi məlumatlardan belə nəticə çıxır ki, ötən il Rusiyanın ÜDM-i 4,1% artıb ki, bu da Aİ və Böyük Britaniyanın göstəricilərindən 4 dəfədən çox çoxdur.
Eyni zamanda, ötən ilin dekabr ayının sonunda Rusiyada işsizlik 2,3% təşkil edib ki, bu da Böyük Britaniya (4,4%) və Aİ (5,9%) ilə müqayisədə demək olar ki, yarısıdır.