Rusiya: Biz ABŞ ilə münaqişənin ən qaynar mərhələsindəyikbackend

Rusiya: Biz ABŞ ilə münaqişənin ən qaynar mərhələsindəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya ABŞ-la münaqişənin ən qaynar mərhələsindədir.

NOCOMMENT xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Sputnik radiosunda çıxışında Rusiya ilə ABŞ arasındakı münasibətləri dəyərləndirib.

İki ölkə arasında münasibətlərin kifayət qədər gərgin olduğuna diqqət çəkən Ryabkov, hazırda ABŞ ilə qarşıdurmanın ən qaynar mərhələsində olduqlarını vurğulayıb: “Bu dövlətin müxtəlif aspektlərdə Rusiya ilə birbaşa hibrid müharibəsində iştirak etdiyini müşahidə edirik”.

Bu müharibənin bəzi formalarının misilsiz olduğuna diqqət çəkən Ryabkov, onların hətta soyuq müharibə dövründə belə olmadığını söylədi.