Rusiya tərəfi Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşə Ukraynanın mülki şəxslərə qarşı cinayətləri barədə məlumat verib.
NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Rusiya baş katibə Kiyev rejiminin 2014-2023-cü illərdə dinc əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumat verib və onu təşkilatın mövqeyini ifadə etməyə çağırıb”, – deyə Zaxarova bildirib.
Həmçinin Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə münaqişəni davam etdirmək istəməsinin səbəbini də izah edib. Onun fikrincə, Ukrayna lideri münaqişəni davam etdirmək istəyir, çünki hesab edir ki, bu, ona postunu saxlamağa kömək edəcək.