Rusiya BMT-nin təcili iclasını ÇAĞIRDIbackend

Rusiya BMT-nin təcili iclasını ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə hava zərbələri endirməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının cümə günü üçün təcili iclasını çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

İclasın Nyu-York vaxtı ilə saat 10:00-a planlaşdırıldığı qeyd edilib. Çərşənbə günü BMT Təhlükəsizlik Şurası Yəməndə husilərdən Qırmızı dənizdə üzən gəmilərə hücumların dərhal dayandırılmasını tələb edən qətnamə qəbul edilib.

Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya və Çin qətnamə ilə bağlı səsvermədə bitərəf qalıblar.