Rusiya BMT-nin Ümumdünya Ərzaq Proqramından kənarlaşdırılıbbackend

Rusiya BMT-nin Ümumdünya Ərzaq Proqramından kənarlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Ümumdünya Ərzaq Proqramına (ÜƏP) Rusiya tədarükçüləri ərzaq təchizatı tenderlərinə girişdə məhdudiyyətlərlə üzləşiblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Təşkilatla əməkdaşlıq edən bazar iştirakçılarından biri bildirib ki, proqramın tenderləri çərçivəsində Rusiya təchizatçıları ilə problemlər 2024-cü ildə başlayıb. Nəşr qeyd edir ki, məsələn, un dəyirmanları ÜƏP tərəfindən akkreditə olunmuş Rusiya ixracatçılarının sifarişlərinin sayında azalma ilə qarşılaşıblar.

Rusiya tədarükçülərinin tenderlərə çıxışına məhdudiyyətlər barədə məlumatı Rusiyanın Romadakı ÜƏP və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini Dilyarə Ravilova-Borovik təsdiqləyib.