Rusiyalı diplomatlar BMT Təhlükəsizlik Şurasının Rusiya və Ukraynadakı enerji obyektlərinə zərbələrə moratoriumun müşahidə edilməsi mövzusunda qapalı iclas keçirməyi xahiş ediblər.
NOCOMMENT.az xəbər verir ki, TASS bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskiyə istinadən məlumat yayıb.
“Biz ABŞ prezidenti Donald Trampın martın 18-də təklif etdiyi Rusiya və Ukraynadakı enerji obyektlərinə zərbələrə 30 günlük moratoriumun nəticələrini müzakirə etmək üçün bu gün, aprelin 17-də BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələrini xahiş etdik”, – Polyanski bildirib.
Diplomatın sözlərinə görə, görüş Moskva vaxtı ilə təxminən saat 23:30-da başlayacaq. O qeyd edib ki, Ukrayna nümayəndələri görüşdə iştirak etməyəcək, məsləhətləşmələrdən sonra mətbuat konfransı gözlənilir.