Rusiya BMT Təhlükəsizlik Şurasının sədri oldubackend

Rusiya BMT Təhlükəsizlik Şurasının sədri oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası iyulun 1-dən bir ay müddətinə BMT Təhlükəsizlik Şurasının sədri olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın verdiyi məlumata görə, Rusiya sədrliyi dövründə üç əsas tədbir planlaşdırıb.

Söhbət daha ədalətli, demokratik və davamlı dünya nizamının qurulması üçün çoxtərəfli əməkdaşlığa dair açıq müzakirələrdən gedir. Bu görüşdə Rusiya tərəfi xüsusilə yeni qlobal “təhlükəsizlik tənliyi” məsələsinə toxunacaq. Tədbir iyulun 16-na planlaşdırılıb. İyulun 17-də Yaxın Şərq nizamlanması məsələlərinə dair açıq müzakirələr aparılmalıdır. İyulun 19-da Rusiya sədrliyinin üç əsas tədbirindən biri – BMT və regional təşkilatlar, yəni KTMT, MDB və ŞƏT arasında əməkdaşlığa dair Təhlükəsizlik Şurasında müzakirələr planlaşdırılır.