Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev bildirib ki, Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) təsisatlarına və digər beynəlxalq təşkilatlara üzvlük haqlarının dollar və avro ilə köçürülməsi mexanizmini hazırlayıb.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, 2022-ci ildə Rusiya tərəfi bank sektoruna qarşı sanksiyalara görə üzvlük haqlarının beynəlxalq təşkilatların büdcələrinə köçürülməsində çətinliklərlə üzləşib.
Diplomat vurğulayıb ki, Rusiya beynəlxalq strukturlara vəsaitlərin köçürülməsi mexanizmini hazırlamağa nail olub.
Onun sözlərinə görə, 2022-ci ildə BMT-nin Əhali Fonduna köçürülən rubl vəsaiti “ümumi praktikadan daha çox istisna olaraq qalır”.