Rusiya Böyük Britaniyanın 21 vətəndaşına qarşı sanksiya tətbiq etdibackend

Rusiya Böyük Britaniyanın 21 vətəndaşına qarşı sanksiya tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Böyük Britaniyanın 21 vətəndaşına qarşı cavab sanksiyaları tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilir.

XİN-in açıqlamasına görə, bu qərar Londondan gələn davamlı qarşıdurma kursuna cavab olaraq qəbul olunub. Rusiya tərəfi “stop-list”ə Böyük Britaniyanın bir sıra KİV təmsilçilərini, qeyri-hökumət təşkilatlarının nümayəndələrini, konsaltinq qurumları və ekspert icmasının üzvlərini daxil edib.

Məlumatda qeyd olunur: “Onların arasında Rusiyaya qarşı dezinformasiya yayan, əsassız ittihamlar irəli sürən, Qərbin anti-Rusiya siyasətinin sərtləşdirilməsi və Kiyev rejiminə dəstəyin gücləndirilməsi üçün lobbiçilik fəaliyyəti göstərən şəxslər var.”