Rusiya BRİKS taxıl birjasının yaradılmasını təklif edibbackend

Rusiya BRİKS taxıl birjasının yaradılmasını təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya BRİKS assosiasiyası (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran, BƏƏ) çərçivəsində ümumi taxıl birjası yaratmağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiya ixracatçılarının fikrincə, BRİKS taxıl birjası aparıcı alıcı və təchizatçıları bir araya gətirəcək. Qeyd olunur ki, bu alətin yaradılması assosiasiya iştirakçılarının ərzaq təhlükəsizliyini artıracaq.

“BRİKS Taxıl Birjası Moskvanın geoiqtisadi təsirini gücləndirəcək, onun taxıl və gübrələrin ən mühüm tədarükçülərindən biri statusunu gücləndirəcək”, – materialda deyilir.