Rusiya bu ərazini tamamilə azad etdibackend

Rusiya bu ərazini tamamilə azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçiləri Donetsk yaxınlığında yerləşən Maryinka kəndini tamamilə azad edib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.

“Aktiv hücum əməliyyatları zamanı “Yujnaya” qrupunun hücum dəstələri bu gün Donetskdən 5 km cənub-qərbdə yerləşən Maryinka kəndini tamamilə azad edib. Doqquz il ərzində Ukrayna Silahlı Qüvvələri orada güclü istehkam ərazisi inşa edib”, – nazir deyib.

O qeyd edib ki, möhkəmləndirilmiş əraziyə yeraltı keçidlər daxildir. Həmçinin, nazirin sözlərinə görə, hər bir küçənin artilleriya və aviasiya hücumlarından yaxşı mühafizə olunan öz möhkəmləndirilmiş tikililəri, uzunmüddətli atəş nöqtələri, mürəkkəb yeraltı rabitə sistemləri olub.