Rusiya hərbçiləri Odessa vilayətində magistral qaz kəmərinə zərbələr endirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində İzmail rayonunun Orlovka kəndi yaxınlığında “Orlovka-1/2” qazpaylayıcı stansiyası dağılıb.
Bildirilib ki, bu qaz kəməri vasitəsilə Ukrayna Yunanıstandan, Rumıniyadan, Türkiyə və Azərbaycandan da qaz alırdı.\\Ajans.az