Rusiya bu ölkədə HƏRBİ BAZA qururbackend

Rusiya bu ölkədə HƏRBİ BAZA qurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Mərkəzi Afrika Respublikası (CAR) respublikada Rusiya hərbi bazasının yerləşdirilməsi məsələsini müzakirə edir və onun harada görünəcəyi məsələsi həll edilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın Banqidəki səfiri Aleksandr Bikantov TASS-a müsahibəsində bildirib.

“Hazırda iki dövlətin müdafiə nazirlikləri arasında danışıqlar davam edir. Bildiyimizə görə, bazanın yeri seçilir”, – Bikantov bildirib.

Diplomat vurğulayıb ki, Rusiya Federasiyasının hərbi bazasının CAR-da yerləşdirilməsinin konkret vaxtı barədə danışmaq hələ çətindir.

Bundan əvvəl CAR-ın baş naziri Feliks Molua demişdi ki, rus hərbi təlimatçıları respublikada sülhün bərqərar olmasına böyük töhfə veriblər. Onun sözlərinə görə, lazım gələrsə, onların sayı artırıla bilər.