Rusiya bu ölkənin diplomatını deportasiya edirbackend

Rusiya bu ölkənin diplomatını deportasiya edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb.

NOCOMMENT.az publika.az-a istinadla xəbər verir ki, estoniyalı səfir Jana Vanamolderi nazirliyə çağırılıb.

Bəyanatda Rusiyanın Tallindəki səfirliyində çalışan diplomatın martın 19-da heç bir əsas olmadan “persona-non-qrata” elan edildiyi xatırladılıb.

Bəyanatda deyilir: “Qarşılıqlılıq prinsipinə əsaslanaraq, Estoniya səfirliyin diplomatik əməkdaşının Rusiyadan deportasiya ediləcəyi barədə məlumat verilib. Estoniya tərəfinə onun düşmənçilik fəaliyyətinə hər zaman müvafiq cavab veriləcəyi barədə məlumat verilib”.