Rusiya Xarici İşlər Nazirliyi Rumıniyanın Moskvadakı səfirliyinə diplomatik personalın sayına dair kvota ilə bağlı qarşılıqlı olaraq nota verib.
NOCOMMENT.az xəbər verir ki, Rumıniyanın Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, səfirliyin müvəqqəti işlər vəkili Konstantin İonita nazirliyin binasına çağırılıb.
Bəyanatda İonitaya Rumıniyanın Rusiyadakı səfirlik və konsulluqlarında çalışan diplomat və işçilərin sayına kvota tətbiq edən nota verilib.