Rusiya buğdanın ixrac rüsumunu artıracaqbackend

Rusiya buğdanın ixrac rüsumunu artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası buğda və meslinin (buğda və çovdar qarışığı) ixrac rüsumunu bir ton üçün 1246 rubla qədər artıracaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, müvafiq dəyişikliklər oktyabrın 2-dən qüvvəyə minəcək. Hazırda bir ton üçün tarif 1076 rubl təşkil edir.

Eyni zamanda bildirilib ki, arpa üçün rüsum 190,8 rubl olacaq. Bundan əlavə, qarğıdalı üzrə rüsum bir ton üçün 292,7 rubldan 2 min 786,2 rubla qədər artırılacaq.

Bu ilin avqust ayının sonuna Rusiya Çinə 17,9 milyon dollar dəyərində buğda ixrac edən üç ən böyük buğda ixracatçısından biri olub.

Bildirilib ki, Çin 2024-cü ilin birinci yarısında 38,9 milyon dollar dəyərində Rusiya buğdası alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8 dəfə çoxdur.