Rusiya cavab olaraq iki rumıniyalı diplomatı ölkədən çıxarıbbackend

Rusiya cavab olaraq iki rumıniyalı diplomatı ölkədən çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Buxarestdəki rus diplomatlarının persona non-qrata elan edilməsinə cavab olaraq iki rumıniyalı diplomatı ölkədən çıxarıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Rumıniyanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkilinin çağırılması ilə bağlı məlumat yayıb.

“Aprelin 9-da Rumıniyanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Liliana Burda Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə çağırılıb və ona nazirliyin Moskvadakı Rumıniya diplomatik missiyasında müdafiə məsələləri üzrə attaşesi və onun müavini “persona non qrata” elan edilməsinə dair notası təqdim edilib.

“Bu tədbir Rumıniya tərəfinin Rusiyanın Buxarestdəki səfirliyindəki hərbi attaşesini və onun köməkçisini “persona non qrata” elan etmək barədə əvvəllər heç bir əsası olmayan qərarına cavabdır”, – Rusiya Xarici İşlər Nazirliyi izah edib.

Martın 5-də Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın Rumıniyadakı müvəqqəti işlər vəkili Yelena Kopninanı çağırıb və məlumat verib ki, ölkə hakimiyyəti Rusiya hərbi attaşesini və onun köməkçisini “1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına uyğun gəlməyən fəaliyyətə görə” persona non-qrata elan edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın qeyd etdiyi kimi, Rumıniya özünün daxili siyasi böhranı ilə Rusiya arasında hansısa əlaqə tapmağa çalışaraq, günahı xəstələrdən sağlamların üzərinə yıxır.