Rusiya Çinə gübrə tədarükündə lider olubbackend

Rusiya Çinə gübrə tədarükündə lider olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvar-fevral aylarında Rusiya Çinə 891,3 min ton kalium xlorid tədarük edib. Bu, bir il əvvəllə müqayisədə 94% çoxdur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadən yazır.

Pul baxımından bu rəqəm illik müqayisədə 28% artaraq 285,3 milyon dollar təşkil edib. Nəticədə Rusiya Çinə bu növ gübrə tədarükçüləri arasında lider olub.

Tədarük həcminə görə ikinci yerdə Kanadadır. İlin ilk iki ayında Çinə 225,1 milyon dollar dəyərində 719,9 min ton məhsul tədarük edib. Belarus 141,9 milyon dollar dəyərində 448 min ton gübrə ilə ilk üçlüyü qapayır.