Rusiya COVİD-19 peyvəndinin məlumatlarını OĞURLAMAQDA GÜNAHLANDIRILDIbackend

Rusiya COVİD-19 peyvəndinin məlumatlarını OĞURLAMAQDA GÜNAHLANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə, ABŞ və Kanada Rusiyanı COVID-19 peyvəndi axtaran tədqiqatçıların məlumatlarını oğurlamaqda günahlandırdılar.

NOCOMMENT.az “Associated Press”-ə istinadən xəbər verir ki, “Cozy Bear” kimi də tanınan və Rusiya kəşfiyyat xidmətinin bir hissəsi olduğu deyilən APT 29 haker qrupu koronavirus peyvəndinin axtarışları ilə məşğul olan tədqiqat institutlarına hücum edib.

Davamlı şəkildə edilən hücumlar araşdırmanı pozmaq əvəzinə, əqli mülkiyyət oğurlamaq üçün bir səy olaraq görülür.

İngiltərənin Milli Kiber Təhlükəsizliyi Mərkəzi, ABŞ və Kanadadakı səlahiyyətlilərlə birgə razilaşdırılmış açıqlama verdi.