Rusiya dizel yanacağının ixracını məhdudlaşdıra bilərbackend

Rusiya dizel yanacağının ixracını məhdudlaşdıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hökuməti dizel yanacağının qiymətinin kəskin artması halında onun ixracına qadağa qoya bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr xatırladıb ki, cari ildə ixrac məhdudiyyətləri yalnız benzin üçün tətbiq edilib. Bildirilib ki, ötən il rəsmi Moskva dizel yanacağının ixracını qadağan etsə də, neft emalının azalması riskləri səbəbindən iki həftə sonra qadağanı ləğv edib.

Hazırda hökumət dizel yanacağının ixracına qadağa tətbiq etmək imkanını müzakirə edir. Qiymət vəziyyəti pisləşərsə, embarqo neft emalı zavodlarına və treyderlərə təsir edə bilər.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, tam embarqonun tətbiqi üçün hələ heç bir ilkin şərt yoxdur.