Rusiya Dneprdə yaşayış binasını vurdu – Yaralılar varbackend

Rusiya Dneprdə yaşayış binasını vurdu – Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynaya aviazərbələr endirib.

NOCOMMENT.az xəbər verir ki, Dneprə atılan raketlərdən biri beşmərtəbəli yaşayış binasını hədəfə alıb. Nəticədə tikilinin bir hissəsi yanaraq yararsız hala düşüb.

Xilasetmə işləri zamanı dağıntılar altından 6 nəfər çıxarılaraq xəstəxanaya yerləşdirilib. Krivoy-Roq şəhərindəki infrastruktur obyektlərindən birinə hava hücumu zamanı isə bir nəfər həlak olub, doqquzu yaralanıb.

Pavloqrad şəhəri də raket zərbələrinə məruz qalıb. Nəticədə iki nəfər ölüb, 15 nəfər ağır xəsarətlər alıb. Aviahücum zamanı şəhərdəki müəssisələrdən biri sıradan çıxarılıb.