Rusiya Dnepropetrovski vurdu: 1 ölü, 9 yaralıbackend

Rusiya Dnepropetrovski vurdu: 1 ölü, 9 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru Serhii Lısak Rusiyanın bölgəyə hücum etdiyini və hücum nəticəsində 1 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Serhii Lısak rəsmi “Telegram” hesabında Rusiyanın hücumundan sonra Dnepropetrovsk vilayətinin Sinelnik şəhərində 1 qadının öldüyünü, 9 nəfərin yaralandığını bildirib.

Xəsarət alanlar arasında 11 yaşlı uşağın da olduğu bildirilib.

Hücumdan sonra bir evin dağıldığı və yanğının başladığı, lakin qrupların müdaxiləsindən sonra yanğının söndürüldüyü də bildirilib.

NOCOMMENT.AZ