Rusiya Donetski VURDUbackend

Rusiya Donetski VURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya növbəti dəfə Donetski hədəfə aldı.

NOCOMMENT.az xəbər verir ki, Donetsk qubernatoru Pavlo Kirilenko hücumdan sonra verdiyi açıqlamada azı 3 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını bildirib.

Rusiyanın yaşayış məntəqələrini hədəf almağa davam etdiyini deyən Kirilenko, hücumda 4 bina, bir otel və çoxlu avtomobilin zərər gördüyünü bildirib.

Bölgəyə göndərilən xilasetmə qruplarının işlərini davam etdirdiyini qeyd edən Donetsk qubernatoru Kirilenko, “Həm insanlara kömək etmək, həm də rus işğalçılarının torpaqlarımızda törətdiyi növbəti cinayəti ictimaiyyətə göstərmək üçün xilasetmə qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir. “ deyə bildirib.