Rusiya Dövlət Duması da Vahabzadə qalmaqalına qoşuldubackend

Rusiya Dövlət Duması da Vahabzadə qalmaqalına qoşuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy rusiyalıları təhqir edən keçmiş azərbaycanlı diplomatın sözlərini pisləyib, nəticələri barədə xəbərdarlıq edib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, Tolstoy bildirib. O, daha irəli gedərək Azərbaycanı aşağılayan ifadələr işlədib:

“Azərbaycanın keçmiş səfiri kamera qarşısında rusları donuz adlandırıb. Diplomat, sabiq olsa da, nəyin mümkün olduğunu və nəyin olmadığını mükəmməl şəkildə hiss edir. Bunun nəticələrindən nə o, nə də Rusiyanın xoş niyyəti ilə gənc olan, lakin müstəqil dövlət olmayan milli respublikalarda Rusiya və rusları təhqir edənlər qorxur”, – deyə millət vəkili teleqram kanalında yazıb.

O qeyd edib ki, diplomat ya üzr istəməlidir, ya da nəticələrini gözləməli olacaq.

Xatırladaq ki, Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadə Rusiya və rusları təhqir edib. Buna ilk təpki verən Vahabzadənin “eşşək” adlandırdığı Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski olub.