Rusiya Ukrayna ilə döyüş əməliyyatlarını dayandırmaq üçün konkret şərt irəli sürüb.
NOCOMMENT.az xəbər verir ki, prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Donbasdan – regionun inzibati sərhədlərindən kənara çəkilməlidir.
“Əlbəttə, söhbət Ukrayna Silahlı Qüvvələrinin Donbasdan, yəni inzibati sərhədlər xaricinə çıxmasından gedir”, – deyə Kremlin sözçüsü vurğulayıb.










