Rusiya Dubaya uçuşları bərpa edirbackend

Rusiya Dubaya uçuşları bərpa edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 11-dən etibarən Rusiyanın “Aeroflot” aviaşirkəti Moskvadan Dubaya uçuşları bərpa edəcək. Biletlər artıq şirkətin rəsmi veb-saytında satışa çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, bunu aviaşirkətin mətbuat katibi Yuliya Spivakova deyib.

Qeyd edək ki, Rusiyanın Baş Naziri Mixail Mişustin bu gün Rusiyadan Misir, Birləşmiş Ərəb Əmirlikləri və Maldiv adalarına uçuşların bərpa edilməsinə dair sərəncam imzalayıb.

Moskvadan Dubaya uçuşlar həftədə iki dəfə (V və VII günləri) yerinə yetiriləcək.

Xatırladaq ki, hazırda Rusiyadan Türkiyə, Böyük Britaniya, Tanzaniya və İsveçrəyə uçuşlar həyata keçirilir.
APA