Rusiya Dünya Bankının Ukrayna üçün yeni fonduna qarşı çıxdı, lakin Moskvanın təşkilatdakı səs payı belə qərarların qarşısını almağa imkan vermir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Biz təklif olunan mexanizmlə razılaşmadığımızı bildirdik. Bununla belə, Rusiyanın mövcud səs payı bu cür qərarların qarşısını almağa imkan vermir, çünki bütün digər səhmdarlar öz dəstəyini ifadə ediblər”, – RİA Novosti mənbəyə istinadən xəbər verir.
Eyni zamanda, agentliyin məlumatına görə, Dünya Bankının rəhbərliyi yeni fond üçün vəsaitin müstəsna olaraq donor ölkələrin büdcələrindən daxil olacağına əminlik verib.
Daha əvvəl bildirilmişdi ki, Dünya Bankının Ukrayna üçün yeni fondunun təsisçiləri 10 milyard dollar ayırmağa hazırdırlar.