Rusiya dünyanı II Xirosima ilə hədələdibackend

Rusiya dünyanı II Xirosima ilə hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzaq Şərq regionları üçün istənilən təhdidin yaranması, o cümlədən Yaponiya adalarında hipersonik raketin yerləşdiriləcəyi halda Moskva dərhal ölkənin müdafiə doktrinasına müvafiq cavab tədbirləri görəcək.

NOCOMMENT Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Onun sözlərinə görə, Moskva bununla bağlı yaponlara dəfələrlə diplomatik kanallar vasitəsilə qəti etirazını çatdırıb.

Qeyd edək ki, Yaponiya son zamanlar öz hərbi potensialının modernizasiyasına başlayıb. Bununla bərabər, Tokio Rusiya sərhədləri yaxınlığında aktivliyini də artırıb.

Rusiya hərbi doktrinasına əsasən, Moskva ölkənin mövcudluğuna təhdid yarandığı və ya yaranma potensialı olduqda nüvə silahından istifadə etmək haqqına sahibdir.