Rusiya: Əgər döyüşlər Ermənistan ərazisinə keçərsə…backend

Rusiya: Əgər döyüşlər Ermənistan ərazisinə keçərsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər döyüş toqquşmaları birbaşa Ermənistan ərazisinə keçirilsə, Rusiya İrəvana bütün vacib yardımı göstərəcək.

NOCOMMENT.az xəbər verir ki, bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə yardımla bağlı məktubuna cavab olaraq yayıb. Bəyanatda Rusiyanın 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” razılaşmasından irəli gələn müttəfiqlik öhdəliklərinə bağlı olduğu vurğulanıb:

“Əgər döyüş toqquşmaları birbaşa Ermənistan ərazisinə keçirilsə, razılaşmaya uyğun olaraq Rusiya İrəvana bütün vacib yardımı göstərəcək.

Yenidən Dağlıq Qarabağda konflikt tərəflərini atəşkəsə, gərginliyin deeskalasiyasına və Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında Moskvada 10 oktyabrda əldə olunan razılaşmanın baza prinsipləri əsasında dinc həllin əldə olunması məqsədilə substantiv danışıqlara geri dönməyə çağırırıq”.

Qeyd edək ki, Azərbaycan 27 sentyabrdan etibarən başlayan bütün döyüş fəaliyyətlərini öz ərazisi olan Qarabağda aparır. Ermənistan isə Qarabağ konfliktini genişləndirməyə və üçüncü tərəfləri, özəlliklə Rusiyanı konfliktə cəlb etməyə çalışır. Axar.az