Rusiya əhalisi yarım milyon AZALIBbackend

Rusiya əhalisi yarım milyon AZALIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü il yanvarın 1-nə olan məlumata görə, Rusiyada 146 424 729 nəfər yaşayır, əhalinin sayı bir il ərzində 555 332 nəfər azalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Rosstat” informasiya yayıb.

“Rosstat”ın statistikasında Rusiyanın ilhaq etdiyi dörd regionun – Donetsk və Luqansk Xalq Respublikalarının, həmçinin Zaporojye və Xerson vilayətlərinin məlumatları nəzərə alınmayıb.

2022-ci il yanvarın 1-nə Rusiya əhalisinin sayı 146 milyon 980 min 61 nəfər olub. Ölkə üzrə şəhər əhalisi demək olar ki, 109,6 milyon nəfər, kənd əhalisi isə 36,8 milyon nəfər təşkil edib.