Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başladıbackend

Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun son xəbər bülletenində məlumat verilib.

“Namizədlərin seçilməsi zamanı artıq döyüş təcrübəsi olanlara üstünlük verilir”, -deyə hesabatda deyilir.

Əlavə edilir ki, Moskva 60 minə yaxın əlavə əsgəri səfərbər etməyə ümid edir.

Dəqiqliyi məlum olmayan Ukraynanın bu xəbərinə Rusiya heç bir şərh verməyib.

Bununla belə, Rusiya prezidenti Vladimir Putin ötən ayın əvvəlində demişdi ki, o, çağırışçıları və ehtiyatda olan hərbçiləri Ukraynada döyüşməyə göndərməyəcək.
Modern.az