Hazırda təxminən 6000 Ukrayna hərbçisi Rusiya ərazisində saxlanılır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RT təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Materialda qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüşçüləri Federal Cəza İcra Xidməti (FSIN) müəssisələrində yerləşdirilib. Onların bəziləri 2022-ci ilin yazından etibarən həbsdədir.
“Ukraynada hərbi əsir statusunda olan təxminən 1000 rusiyalı var”, – mənbə əlavə edib.