Rusiya ermənilərinin rəhbəri: Paşinyan, Moskvaya gəlmə!backend

Rusiya ermənilərinin rəhbəri: Paşinyan, Moskvaya gəlmə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni icması Paşinyanın Moskvaya gəlişini yox, istefasını gözləyir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan deyib.

“Siz niyə və nə ilə Rusiyaya gəlirsiniz? Siz şifahi olaraq daha nəyi razılaşdırmağa və imzalamağa hazırlaşırsınız? Siz niyə hər şeyin belə tez verilməsiinin başa çatdırılmasında maraqlısınız? Siz Əliyevdən bütün təhqirlərə dözmək üçün kimə və nəyə borclusunuz?”, – deyə o bildirib.

Abramyan Paşinyanın bundan sonra Ermənistanın adından sənəd imzalamaq haqqının olmadığını da vurğulayıb: “Niyə bu gün dövlətin və ölkənin vətəndaşlarının mənafeyini Milli Məclis, Təhlükəsizlik Şurası, Xarici İşlər Nazirliyi və ya Müdafiə Nazirliyi deyil, yalnız ombudsman qoruyur? Bu suallara cavabınız yoxdursa, onda Moskvaya gəlməyinizə və buradakı görünməklə Rusiyanın üçmilyonluq erməni icmasını qıcıqlandırıb alçaltmağınıza ehtiyac yoxdur“.