Rusiya Ermənistan ordusunu bunlarla gücləndirəcək – Rus general AÇIQLADIbackend

Rusiya Ermənistan ordusunu bunlarla gücləndirəcək – Rus general AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MDB ölkələrinin vahid hava hücumundan müdafiə sistemi pilotsuz uçan aparatlarla mübarizə vasitələri ilə gücləndiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya HHM qüvvələrinin komandanı general-leytenant Yuri Qrexov deyib.

O, MDB-nin hava hücumundan müdafiə birləşmiş sisteminin inkişafı çərçivəsində normativ-hüquqi bazanın gələcəkdə işlənməsinin, eləcə də bu sahədə kadr hazırlığının həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

Qrexov birləşmiş sistemdəki qüvvələrin növbəti məşqinin 2022-ci ildə keçiriləcəyini deyib.

Qeyd edək ki, MDB ölkələrinin hava hücumunda müdafiə birləşmiş sisteminə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan (KTMT üzvləri) və Özbəkistan daxildir.
Konkret.az