Rusiya Ermənistana 100 milyon dollarlıq silah verəcəkbackend

Rusiya Ermənistana 100 milyon dollarlıq silah verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan yenidən silahlandırılır.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu yaxınlarda Moskvada keçirilən Armiya-2021 beynəlxalq hərbi-texniki əməkdaşlıq forumunda Ermənistan Rusiyanın müasir silahlarına maraq göstərib.

Müdaiə naziri Arşak Karapetyan AK-12 avtomatlarının, “Forpost” zərbə və kəşfiyyat dronlarının və s. alınmasına dair danışıqlar aparıb. Ermənistan ordusunda aparılan islahatlara dəstək çərçivəsində Moskvanın rəsmi Yerevana 100 milyon dollarlıq kredit ayırdığı da bildirilir.

Rusiya Ermənistanın sonuncu Qarabağ müharibəsindən sonra darmadağın olunmuş hərbi potensialını bərpa etməkdə maraqlıdır.