Rusiya Ermənistana bu məhsulu rüsumsuz tədarük edəcəkbackend

Rusiya Ermənistana bu məhsulu rüsumsuz tədarük edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Dumasının Energetika Komitəsi Rusiyadan Ermənistana qatran əvəzinə neft bitumunun rüsumsuz tədarükünü təmin edən hökumətlərarası sazişin protokolunun ratifikasiyasını dəstəkləyib.

NOCOMMENT.az bu barədə “RİA Novosti” yə istinadən xəbər verir.

Rusiya və Ermənistan arasında təbii qaz, neft məhsulları və təbii almazın tədarükü sahəsində əməkdaşlıq haqqında saziş 2013-cü il dekabrın 2-də imzalanıb. Bu saziş, ixrac gömrük rüsumları alınmadan respublika ərazisində daxili istehlak üçün indikativ balanslara uyğun ixrac edilən neft məhsullarının siyahısını ehtiva edir.

“Ermənistan tərəfinin xahişi ilə neft bitumunun ixracı üçün əvvəllər təyin olunan qatran dəyişdirilir. Bu, həm də Ermənistanda yol tikintisinin genişləndirilməsi ilə bağlıdır”, – Rusiya Federasiyasının energetika nazirinin müavini bildirib.