Rusiya Ermənistanın dəmir yollarının idarə olunmasında iştirakını davam etdirmək niyyətində olduğunu təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasına münasibət bildirərkən deyib.
Xatırladaq ki, Ermənistanın baş naziri daha əvvəl Rusiyaya ölkənin dəmir yollarının konsessiya əsasında idarə olunmasını İrəvan və Moskva ilə dost münasibətlərdə olan başqa bir ölkəyə satmağı təklif edib. O, mümkün variantlar kimi Qazaxıstan, BƏƏ və Qətərin adını çəkib.
Mariya Zaxarova isə bu təşəbbüsü tənqid edərək bildirib: “Bunlar bir qədər qəribə açıqlamalardır və çox da qəbulolunan deyil. Rusiya ardıcıl şəkildə regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasının tərəfdarıdır”.
Aliyə
NOCOMMENT.az













