Rusiya, xüsusilə Əs-Süveyda bölgəsində Suriya Demokratik Şurası (SDŞ) və druzilərlə bağlı vəziyyətin tənzimlənməsində Suriyaya kömək edə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə politoloq Həsən Yusif məlumat verib.
Onun sözlərinə görə, Rusiya tərəfi yalnız Suriyanın ehtiyac duyduğu beynəlxalq aktorlarla deyil, həm də ölkə daxilindəki qruplaşmaların liderləri ilə fəal diplomatik əlaqələrə malikdir. Bu amil onların Suriya hökuməti ilə münasibətlərinin sabitləşməsinə müsbət təsir göstərə bilər.