Ukrayna tərəfinin 1000 əsir hərbçini qəbul etməkdən imtina etməsi səbəbindən Moskva və Kiyev arasında ikinci mübadilə çətinliklə baş tutub, üçüncü isə hələ də başlamayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi, İstanbulda Ukrayna ilə aparılan danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Telegram kanalında bildirib.
“Kiyevin qəbul etməkdən imtina etdiyi 1000 nəfər Ukrayna Silahlı Qüvvələrinin əsir hərbçisi var. Bu səbəbdən ikinci mübadilə çox çətin keçdi, üçüncüsü isə indiyədək başlamayıb”, – deyə Medinski yazıb.
Rusiya prezidentinin köməkçisi Kiyevin öz əsirlərindən imtinasını şərh edərkən həmçinin qeyd edib ki, Rusiya heç vaxt əsirləri “növlərə” bölməklə məşğul olmayıb.