Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini saxlanılıbbackend

Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Rusiya Federal Gömrük Xidmətinin rəis müavini, gömrük xidməti general-polkovniki Yelena Yaqodkina saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Telegram 112-dəki mənbə məlumat verib.

Yaqodkina sədri olduğu gömrük və digər ödənişlərin yığılması və inzibatçılığı daimi komissiyasının iclasından dərhal sonra saxlanılıb. Onun ofisində axtarış aparılıb, daha sonra dindirilmək üçün Rusiya İstintaq Komitəsinə aparılıb.

O, gömrük rüsumlarının hesablanması zamanı məhsul çeşidinin müəyyənləşdirilməsi məsələləri ilə bağlı bir sıra korrupsiya cinayətlərində şübhəli bilinir.

General-polkovnik Rusiya gömrüyünün əsas simalarından biridir və Rusiya təhlükəsizlik qüvvələrinin tarixində bu rütbəyə yüksələn üçüncü qadındır.