Rusiya Federasiyasının beynəlxalq ehtiyatlarında azalma qeydə alıbbackend

Rusiya Federasiyasının beynəlxalq ehtiyatlarında azalma qeydə alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 2-nə Rusiyanın beynəlxalq ehtiyatları 606,1 milyard dollar təşkil edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Bankının saytında məlumat verilir.

İyulun 26-na onlar 606,7 milyard dollara bərabər olub, beləliklə, bir həftə ərzində onlar 0,6 milyard dollar azalıb.

Beynəlxalq ehtiyatlar Rusiya Bankının və Rusiya hökumətinin sərəncamında olan yüksək likvidli maliyyə aktivləridir. Bunlara xarici valyuta aktivləri, monetar qızıl, xüsusi borc almaq hüququ (SDR), BVF-nin ehtiyat mövqeyi və digər ehtiyat aktivləri daxildir.