Rusiya FHN: Kuban sahillərindən 177 tondan çox çirklənmiş torpaq çıxarılıbbackend

Rusiya FHN: Kuban sahillərindən 177 tondan çox çirklənmiş torpaq çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kubanda 177 tondan çox çirklənmiş torpaq sahildən çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.

Hazırda mütəxəssislər sahilin 265 km-də tədqiqat aparırlar. Vibrasiya qurğusu ilə 17,2 min tona yaxın qum təmizlənib.

Qara dəniz akvatoriyasında 7 min kvadratmetrdən çox ərazi tədqiq edilib, 52 min kvadratmetr ərazi sorbentlə təmizlənib.

Qeyd edək ki, dekabrın 15-də Kerç boğazı ərazisində mazut daşıyan tankerlər qəzaya uğrayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində Qara dənizə və Azov dənizinə təxminən 3,8 min ton mazut tökülüb.