Rusiya Finlandiya səfirliyinin və konsulluğunun bank hesablarını dondurdubackend

Rusiya Finlandiya səfirliyinin və konsulluğunun bank hesablarını dondurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Finlandiyanın Moskvadakı səfirliyi və Sankt-Peterburqdakı Baş konsulluğunun bank hesablarını dondurduğu bildirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Finlandiyada nəşr olunan “Helsingin Sanomat” qəzeti məlumat paylaşıb.

Finlandiya Xarici İşlər Nazirliyi qəzetə verdiyi açıqlamada sözügedən hesablara daxil olmağın mümkün olmadığını təsdiqləyib.

Nazirlikdən vəziyyətin ciddi olduğunu və məsələnin araşdırıldığını bildiriblər.

Qəzetin xəbərinə görə, Finlandiya məsələ ilə bağlı Rusiya rəsmiləri ilə əlaqə saxlayıb.

NOCOMMENT.AZ