Rusiya Fransanı təyyarələrini vurmaqla hədələyibbackend

Rusiya Fransanı təyyarələrini vurmaqla hədələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın müdafiə naziri Sebastian Lekornu Rusiyanın Fransanı hədələməyi barədə açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Fransalı nazirin sözlərinə görə, ötən ay Rusiya qüvvələri Qara dəniz üzərində Fransa təyyarələrini vurmaqla hədələyib.

Hadisənin təfərrüatı açıqlanmayıb. İnsident təyyarələr beynəlxalq hava məkanında patrulluq edərkən qeydə alınıb. Nazir bildirib ki, bu, Rusiyanın getdikcə artan aqressiyasını göstərir.

Məqalədə Rusiyanın Ukraynanın ələ keçirilən ərazilərində güclü müşahidə cihazlarından istifadə etdiyi vurğulanıb.