Rusiya gecə yaşayış məntəqələrinə hücum edibbackend

Rusiya gecə yaşayış məntəqələrinə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Baş Qərargahı Rusiya qüvvələrinin gecə saatlarında Çerniqov, Sumi, Xarkov, Donetsk, Zaporojya və Xerson vilayətlərinin yaşayış məntəqələrinə hücumlar təşkil etdiyini bildirib.

NOCOMMENT xəbər verir ki, Rusiya ordusu 11 raket, 4 hava hücumu həyata keçirib və çoxlüləli raket sistemlərindən 43 dəfə atəş açıb.

Rusiyanın “mülki əhaliyə qarşı terror taktikası” tətbiq etməyə davam etdiyi iddia edilən açıqlamada düşmən gecə saatlarında S-300 hava hücumundan müdafiə sistemi ilə Xarkov şəhərinin mülki infrastrukturuna 9 raket atıb. Açıqlamada, Rusiya ordusunun hava hücumlarında istifadə etdiyi 10 pilotsuz uçuş aparatından (PUA) 9-nun vurulduğu da qeyd edilib.